Milad ərəfəsində Tbilisi metrosu uzadılmış qrafiklə sərnişinlərə xidmət göstərəcək.
24News.ge xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Məlumatda bildirilir ki, metro yanvarın 7-də saat 00:00-da deyil, saat 03:00-da fəaliyyətini dayandıracaq.
Yanvarın 6-sı saat 23:00-dan etibarən sərnişinlərə xidmət pulsuz olacaq.