Pezeşkian Ermənistan səfirinin etimadnaməsini qəbul edib

Ermənistanın İrandakı səfiri Qriqor Akopyan etimadnaməsini Prezident Məsud Pezeşkiana təqdim edib.
APA xəbər verir ki, bu barədə İran Prezidentinin rəsmi saytında məlumat dərc edilib.

İran Prezidenti İrlandiya, Böyük Britaniya, Niderland, Keniya, Mavritaniya, Türkmənistan, Kuba, Küveyt və Syerra Leone səfirlərinin də etimadnaməsini qəbul edib.