Hazırda gündəmdə Rusiya hərbi bazası haqqında müqavilənin dəyişdirilməsi məsələsi yoxdur.
APA xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılmasının mümkünlüyü barədə danışan Ararat Mirzoyan qeyd edib ki, “belə bir məsələ gündəmdə yoxdur”.