Türkiyə ordusu Suriyada PKK terrorçularına qarşı mümkün əməliyyata görə tam döyüş hazırlığı vəziyyətinə gətirilib.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə rəhbərliyi hadisələrin inkişafı üçün bütün mümkün ssenariləri, o cümlədən aktiv hərbi əməliyyatları nəzərdən keçirir:
“Ankara Suriya administrasiyasından terror təşkilatlarına qarşı mübarizəni gücləndirməyi tələb edərək qətiyyətli tədbirlər görmək niyyətindədir”.