ABŞ Cənubi Qafqazda destabilləşdirici rol oynayır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan və ABŞ-nin bu gün Vaşinqtonda strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ yeni ölkələri özünün arxasınca sürükləməyə çalışır.
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir.
"ABŞ daxil olmaqla bütün ölkələrlə münasibətləri inkişaf etdirmək Ermənistanın suveren hüququdur", - deyə Peskov əlavə edib.