Ərdoğan "İkiyaka qətliamı"nda həyatını itirənlərin ailələri ilə görüşüb

Türkiyə Prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan İkiyaka kəndində PKK terrorçuları tərəfindən qətlə yetirilən Aykut və Boz ailələrinin yaxınlarını qəbul edib.
Sherg.az xəbər verir ki, Prezident Ərdoğan Hakkarinin Yüksekova mahalına bağlı kəndində 36 il əvvəl qətlə yetirilən Aykut və Boz ailələrinin yaxınları ilə AK Partiya Ümumi Qərargahında bağlı qapılar arxasında görüş keçirib.


Qəbulda Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş və AK Partiya sədr müavini Fatma Betül Sayan Kaya da olub.

Terror təşkilatı PKK üzvləri 24 noyabr 1989-cu ildə Yüksekova mahalına təxminən 50 kilometr aralıda yerləşən İkiyaka kəndində günahsız vətəndaşları hədəf alan hücum həyata keçirib.

“İkiyaka qətliamı” kimi tanınan bu hücum nəticəsində Aykut və Boz ailələrindən aralarında körpələrin də olduğu 28 nəfər həyatını itirib.