NASA “Blue Ghost” missiyası ilə Aya "tozsoran" göndərməyə hazırlaşır. Lunar PlanetVac (LPV) kimi tanınan bu cihaz Ay səthindəki tozu 1 santimetrə qədər emal edəcək və nümunələri Yerə qaytaracaq.
Sherg.az NTV-yə istinadən xəbər verir ki, LPV “Honeybee Robotics” tərəfindən hazırlanıb və təzyiqli qazdan istifadə edərək Ayın səthindəki tozları emal edə bilir.
Yaranan toz buludları pnevmatik reaktivlər sayəsində ötürmə borusuna yönəldilir və nümunə konteynerinə köçürülür.
Toplanmış Ay torpağı daha sonra süzülür, nümunə konteynerində fotoşəkili çəkilir və tapıntılar Yerə ötürülür.
Bundan əlavə, cihaz Ay tozunun yapışqanlığını və təmizləyici vasitə kimi qaz jetlərinin effektivliyini yoxlayacaq.
GƏLƏCƏKDƏ KOSMONAVTLAR TƏRƏFİNDƏN İSTİFADƏ EDİLƏ BİLƏR
Bu əməliyyat tam avtonom şəkildə işləyir, lakin cihaz həm də Aya və ya Marsa gələcək ekipaj missiyalarında astronavt nəzarəti ilə istifadə edilə bilər.
Bu üsul digər işlərdə istifadə olunan səthin mexaniki surətdə qırılmasına yenilikçi alternativ təklif edir.