Baxçalıdan Öcalanla görüş barədə: Gözləntimiz budur!

DEM Partiyasının nümayəndə heyətinin İmralı görüşü ilə bağlı mövqeyi qənaətbəxşdir. Bu görüşləri müsbət dəyərləndirmək olar.
Axar.az xəbər verir ki, bunu MHP lideri Dövlət Baxçalı deyib.

“Terrorsuz Türkiyənin yanında olan hər kəs dəyərlidir. PKK terrorçuları ya silahları ilə birlikdə təslim olmalı, ya da qaçılmaz sonla üzləşməlidirlər. Terror təşkilatının sonu gəldi. DEM heyəti ilə İmralıda keçiriləcək ikinci görüşdə heç bir şərt olmadan bəyan edilməlidir ki, terrorla nəticə əldə edilə bilməz. Bu, bizim mütləq və qəti gözləntimizdir”, - Baxçalı bildirib.

Qeyd edək ki, DEM Partiyasının nümayəndə heyəti ilk olaraq İmralıda PKK lideri Abdullah Öcalanla görüşüb. Daha sonra isə heyət Ədirnə həbsxanasında Xalqların Demokratik Partiyasının (HDP) keçmiş sədri Səlahəddin Dəmirdaşı ziyarət edib.