Aleksandr Lukaşenko Rusiya ilə birlikdə atom elektrik stansiyası tikməyə hazırlaşır.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, Belarus lideri bildirib ki, bu məsələni tərəf müqabili ilə müzakirə etmək niyyətindədir.
Lukaşenkonun sözlərinə görə, tikinti üçün yer hələ seçilməyib, lakin potensial yerlər var - məsələn, Belarusun Mahiliu şəhəri yaxınlığında.
Qeyd edək ki, Belarusun bir atom elektrik stansiyası var - o, 2020-ci ildə işə başlayıb və Vilnüsdən cəmi 50 kilometr aralıda tikilib. Litva hakimiyyəti belə bir “nüvə” stansiyasının qonşuluğunda tikintisinə qəti şəkildə qarşı idi və obyektin tikintisinin nüvə enerjisi sahəsində beynəlxalq normaları pozduğunu iddia etmişdi.