Trampın "Ukrayna planı" belədir: yalnız güzəşt - CNN

Ukraynada müharibəni bitirmək məsələsinə andiçmə mərasimində az toxunulması ABŞ-ın yeni Prezidenti Donald Tramp üçün bunun çox çətin olacağından xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə CNN-in təhlilində bildirilib.

Qeyd olunub ki, Amerika lideri andiçmə mərasimində çıxışı zamanı Ukraynanın adını çəkməyib, həmçinin Ukrayna Silahlı Qüvvələrinə gələcək yardımla bağlı konkret vədlər verməyib. Onun ilk addımı yəqin ki, Kreml rəhbəri Putinlə söhbət olacaq:

“Bu cür danışıqlar Trampı ABŞ-ın keçmiş prezidenti Co Baydenin yanaşmasından kəskin şəkildə fərqləndirəcək. Onun düşüncə tərzinə bələd olan bir insanın fikrincə, Putinlə birbaşa qarşılıqlı əlaqədə həll yoluna nail olmaq olar: “Danışmasan, bu qarışıqlıqdan necə çıxış yolu tapacaqsan?”

Nəşrin yazdığına görə, məmurlar şəxsi söhbətlərində etiraf edirlər ki, Trampın planı demək olar ki, Ukraynadan güzəşt tələb etməkdir. Bundan əlavə, onun Kiyevə silah və kəşfiyyat məlumatlarının ötürülməsini davam etdirməyi planlaşdırıb-qalmadığı hələlik məlum deyil. Təhlükəsizliyin təminatı və ölkənin bərpası məsələləri də həll olunmamış qalır.