Polşanın XİN başçısı Sikorski Rubio ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ dövlət katibi Marko Rubio ilə telefonda Ukraynadakı münaqişənin həllini müzakirə edib.

APA xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı məlumat yayıb.

“Bu, təkcə Ukraynadakı münaqişə haqqında deyil, həm də İrandan Kubaya qədər qlobal vəziyyət haqqında yaxşı söhbət oldu”, - Sikorski qeyd edib.