Hindistanda dəmiryolu vağzalında izdiham yaşanıb, 18 nəfər ölüb

Hindistanda dəmiryolu vağzalında izdiham yaşanıb, ölənlər və yaralananlar var.

APA-nın xəbərinə görə, bu barədə “BBC News” məlumat yayıb.

Ötən gecə Nyu-Dehlidə dəmiryolu vağzalında qatara minik zamanı yaşanan izdiham nəticəsində 18 nəfər ölüb, ən azı 10 nəfər yaralanıb. Ölənlərədn 4-ü uşaq, 10-u qadındır.