“ABŞ ilə danışıqlar BMT və bir sıra ölkələr də daxil olmaqla, beynəlxalq ictimaiyyətin iştirakı ilə davam etdiriləcək”.
APA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
O, tərəflər arasındakı Ər-Riyad danışıqlarını faydalı olaraq dəyərləndirib: “Biz çoxsaylı problemləri müzakirə etdik. Müzakirələr mürəkkəb olsa da, səmərəli idi”.