NATO Ukrayna ilə bağlı vacib missiyanı üzərinə götürdü - Özü nəzarət edəcək

NATO Ukraynaya verilən bütün hərbi yardımlara nəzarəti öz üzərinə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.

O bildirib ki, NATO indi Ukraynanın müdafiə missiyasını öz qanadı altına alır. Əvvəllər, ikitərəfli münasibətlər əsasında, xüsusilə Polşa, Böyük Britaniya və digər ölkələrin dəstəyi ilə Ukraynaya yardımlar göndərilirdi.

Kosiniyak-Kamış qeyd edib ki, bu yardımların tədarükü artıq NATO strukturları tərəfindən idarə olunacaq, xüsusilə də logistika məsələlərinə nəzarət ediləcək.