Zelenski: Rusiya bu ərazilərə hücuma hazırlaşır

Rusiya bu yaz Sumı və Xarkov vilayətlərində yeni hücuma hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Putin vaxt udmağa və yaz hücumuna hazırlaşmağa çalışır.

Bu gələcək əməliyyata hazırlaşdıqlarını görürük. Müttəfiqlərimizlə kəşfiyyat məlumatları paylaşmışıq. Putin xüsusilə Sumı və Xarkov vilayətlərində yeni hücuma hazırlaşır. O, səkkiz ay əvvəl bu əməliyyata başlamaq istəyirdi, lakin biz Kurska müdaxiləmiz sayəsində buna mane olduq. Ona görə də bu gün ona vaxt lazımdır",- o bildirib.