Fransanın keçmiş prezidenti Sarkozinin həbs müddəti artırıla bilər

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həbs müddəti artırıla bilər.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, fransalı dövlət ittihamçıları sabiq prezidentə əlavə 7 il həbs cəzası və 300 min avro cərimənin kəsilməsi üçün məhkəmə qarşısında vəsatət qaldırmaq niyyətindədir.

İttihamın onun seçki kampaniyası dövründə keçmiş Liviya lideri Müəmmər Qəddafidən iri məbləğdə pul yardımları alması ilə əlaqədar olduğu deyilir.

Hal-hazırda fərqli cinayət işi üzrə 1 il şərti həbs cəzası çəkir. Ev dustaqlığında olan və elektron qolbaqla təchiz olunmuş Sarkozi ona qarşı irəli sürülən ittihamları rədd edir.