Zelenski: “ABŞ-nin hərbi yardımını borc kimi qəbul etməyəcəyik”

“Ukrayna dövləti ABŞ-dən əvvəllər aldığı hərbi yardıma görə özünü borclu saymır”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram kanalında məlumat yayıb.

Dövlət başçısının sözlərinə görə, rəsmi Kiyev ötürülən hərbi yardımı borc kimi qəbul etməyəcək: “Dəstəyə görə minnətdarıq, lakin bu kredit deyil”.