180 İsrail sərnişinini daşıyan təyyarə Antalyaya məcburi eniş etdi

Polşanın Enter Airlines şirkətinə məxsus təyyarə Antalya hava limanına eniş edib. Təyyarədə 180 israilli sərnişinin olduğu bildirilib.
Sherg.az xəbər verir ki,  Antalya Hava Limanında həyəcanlı anlar yaşanıb.
Antalya Hava Limanı Yerli Administrasiyasının Qubernator müavini Suat Seyitoğlu İsraildən qayıdan Polşa sərnişin təyyarəsinin texniki nasazlıq səbəbindən Antalya hava limanına endiyini bildirib.

Suat Seyitoğlu təyyarədəki 180 sərnişinin təyyarədən köçürülərək gözləmə salonuna aparıldığını açıqlayıb.

Seyitoğlu nasazlıqla bağlı texniki qrupların kömək gözlədiyini və sərnişinlərin başqa təyyarəyə köçürülməsi üçün hazırlıqların getdiyini qeyd edib.