Türkiyədə bir ailənin beş üzvü yol qəzasında ölüb

Türkiyədə Adana-Kozan avtomobil yolunun Dağılcak hissəsində minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub.

APA NTV-yə istinadən xəbər verir ki, qəzada minik avtomobilinin sürücüsü Zeynel Güleç, həyat yoldaşı və 3 övladı ölüb.

Mikroavtobusda olan 8 nəfər isə yaralanıb.

Hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib, araşdırma aparılır.