Azərbacan-Türkiyə-Gürcüstan üçtərəfli parlament formatı yaradılacaq

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan parlamenti məlumat yayıb. Bildirilib ki, görüş Özbəkistanın paytaxtı Daşkənddə davam edən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutub.

Tərəflər yaxın vaxtlarda parlament sədrləri səviyyəsində Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının yaradılması ilə bağlı razılığa gəliblər.

Numan Kurtulmuşi Şalva Papuaşvilini Türkiyəyə dəvət edib.

Tərəflər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər.