Sumqayıtda küçədə 75 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda küçədə 75 yaşlı kişinin meyiti aşkarlanıb.

Axar.az xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Meyiti aşkarlanan şəxs 1950-ci il təvəllüdlü İsfəndiyar Qurban oğlu Mehdiyevdir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.