Vəziyyət gərgindir, diqqətlə izləyirik... - Peskov

Qlobal iqtisadiyyatda vəziyyət hazırda çox gərgin və mənfi gözləntilərlə doludur.
Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Qlobal neft bazarında vəziyyət ABŞ-ın tariflərlə bağlı qərarına görə təlatümlü və emosionaldır. Rusiya hakimiyyəti neftin qiymətinin düşməsi ilə bağlı vəziyyəti diqqətlə izləyir və nəticələrini minimuma endirmək üçün hər şeyi edəcək”, - o bildirib.