Ermənistan hərbçisi mina partlayışı nəticəsində xəsarət alıb

Ermənistanda hərbçi mina partlayışı nəticəsində xəsarət alıb.

APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

MN rəsmisinin sözlərinə görə, hərbi qulluqçunun həyati təhlükəsi yoxdur, o, hazırda həkim nəzarəti altındadır.

KİV-in məlumatına görə, hadisə Qeqarkunik vilayətində baş verib.