Naxçıvanda qəzada vəfat edən qazi dəfn olunub

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada vəfat edən qazi Hüseynalı Vidadi oğlu Hüseynəliyev bu gün Naxçıvan şəhər qəbirstanlığında dəfn olunub.

Bu barədə APA-nın Naxçıvan bürosu xəbər verir.

Qeyd edək ki, müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlunun müalicələri Naxçıvan Muxtar Respublika Xəstəxanasında davam etdirilir.