Türkiyəli müğənni Zeynəb Casalini 10 il əvvəl boşandığı Tahsin Berk ilə yenidən nikah masasına əyləşib. Sənətçi xoşbəxtliyini “Sözlə ifadə olunmaz, yaşamaq lazımdır” sözləri ilə ifadə edib.
Sherg.az xəbər verir ki, “Habertürk” nəşrinin məlumatına görə, Zeynəb Casalini 2010-cu ildə iş adamı Tahsin Berk ilə Bodrumda ailə həyatı qurub.
Müğənni evləndikdən sonra həyat yoldaşı haqqında “Dünyanın ən yaraşıqlı kişisi ilə evli olduğumu düşünürəm. Onun yalnız bir xüsusiyyəti deyil, hər şeyi məni özünə cəlb edib. Həyatı qavrayışı, mövqeyi, fikirləri – hər şey mənə valehedici gəlib”, - deyə danışmışdı.
Cütlüyün 2011-ci ildə Dafne adlı qız övladı dünyaya gəlib. Lakin Zeynəb Casalini ilə Tahsin Berk 2016-cı ildə boşanıblar.
10 il sonra cütlük yenidən bir araya gələrək ailə qurmaq qərarına gəlib.
Casalini nikah mərasimindən çəkilmiş fotoları və qızları Dafne ilə birlikdə olan şəklini sosial şəbəkə hesabında paylaşıb. Müğənni paylaşımına “Sözlə ifadə olunmaz, yaşamaq lazımdır” qeydini əlavə edib.