İranın xarici işlər naziri Abbas Arakçının başçılıq etdiyi nümayəndə heyəti ABŞ-la nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir.
Axar.az xəbər verir ki, məlumatı “Röyters” yayıb.
Bildirilib ki, bu gün Arakçı və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar aparacaq.
Xatırladaq ki, iranlı nazir ötən gün Moskvada Tehranın ABŞ tərəfinin realizm nümayiş etdirməsi şərti ilə Vaşinqtonla nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkünlüyünü açıqlamışdı.