Tramp İsrailin Baş naziri ilə telefon danışığı aparıb

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Tramp “Truth Social” hesabında yazıb.

“Mən indicə İsrailin Baş naziri Benyamin Netanyahu ilə ticarət, İran və s. kimi çoxsaylı mövzularla bağlı danışdım. Zəng çox yaxşı keçdi. Biz hər məsələdə eyni tərəfdəyik”, - o qeyd edib.