Rusya-ABŞ xəttində söz savaşı: “Trampın artıq Putin problemi var”
16:13 28.05.2025
Gündəm
491
Dünya mediasında geniş əks-səda doğuran açıqlamalara görə, ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini “odla oynamaqda” ittiham etməsi onun ruh halının və yanaşmasının kəskin dəyişməsini göstərir.
Sherg.az xəbər verir ki, "El Cezire" xəbər saytının məlumatına görə, Trampın bu sərt açıqlamasına Rusiyanın keçmiş dövlət başqanlarından, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkədə sərt cavab verib. O, “Üçüncü dünya müharibəsi”nin başlanmasının ən böyük təhlükə olduğunu vurğulayıb.
Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kiç Kellogg isə bu mövqeyi “Üçüncü dünya müharibəsi qorxusunu artırmaq təhlükəli və məsuliyyətsizdir” — deyə tənqid edib.
“The New York Post” və “Politico” kimi ABŞ mətbuatı Trampın Putinə münasibətdə kəskin dəyişiklik etdiyini, əvvəlki yumşaq yanaşmadan sərt ritorikaya keçdiyini qeyd edirlər. Bu dəyişiklik Rusiyanın Ukraynaya qarşı ən böyük hava hücumu ilə eyni vaxtda baş verib.
Böyük Britaniyanın “The Independent” qəzeti isə Trampın Putini tənqid edən açıqlamalarının onun Ukrayna müharibəsini daha çox tənqid etməsinə görə sonrakı bəyanatlarında Putinə dəstək kimi şərh olunduğunu yazır.
Rusiyanın dövlət media orqanı RT isə Trampın açıqlamalarını satirik tərzdə tənqid edib və onun fikirlərində ardıcıllığın olmadığını vurğulayıb.
Almaniyanın “Der Spiegel” dərgisindən Roland Nelles isə “Trampın artıq bir Putin problemi var” deyərək, onun sərt ritorikasının daxili siyasətdə zəifləmək qorxusundan irəli gəldiyini vurğulayıb. O, Trampın Ukrayna məsələsində uğur əldə etməzsə, “böyük krizis meneceri” imicinə ciddi zərbə vuracağını bildirib.
Nelles əlavə edib ki, Trampın vaxtı daralır və bu məsələ ilə bağlı həm Avropa, həm də öz partiyası daxilində Senatda ciddi təzyiqlər mövcuddur.
Qeyd edək ki, Tramp Putini “odla oynayan” kimi səciyyələndirmiş və Rusiyada vəziyyətin onun prezident olmadığı halda daha pis ola biləcəyini vurğulamışdı. O, Rusiyanın Ukrayna ilə sülhə tələsməməsindən narazılıq ifadə etmişdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə