
Tələbat artdığına görə dünya birjalarında qızılın qiyməti də artıb -İqtisadçı
11:00 29.05.2025
İqtisadiyyat
673
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan 95,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.
Sherg.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir ki, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə və ya 64 milyon ABŞ dolları çoxdur.
İqtisadçı-ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, qədim zamanlardan insanlar öz əlində olan aktivləri ya etibarlı olan pul vəsaitinə və ya qiymətli metallarda tutmağa üstünlük veriblər:

“Hətta dövlətlər belə öz aktivlərinin bir hissəsini qiymətli metallarda saxlamağa üstünlük verirlər. Son bir neçə ildə ən çox dəyər qazanan, qiymətli metal qızıldır. Qızıl isə artıq bahalaşaraq fantastik rekord həddinə çatıb. Bu ən çox da dünyada baş verən iqtisadi, siyasi kataklizmaların iqtisadi qeyri stabilliyin nəticəsidir ki, insanlar öz aktivlərini xüsusilə qiymətli metallarda tutmağa üstünlük verirlər. Tələbat artdığına görə dünya birjalarında qızılın qiyməti də artıb. Valyuta fonunda baxsaq, bu da öz ixracat rəqəmlərini artırmış olur. Amma kəmiyyət fonunda baxsaq belə, bu istiqamətdə də artım müşahidə olunur. Bunun səbəbi də tələbatın artmasıdır. Azərbaycanın qızıl metallarının ən çox satışını həyata keçirdiyi ölkələr İngiltərə, İsveçrə və bir sıra digər ölkələrdir. Artan rəqəmlər tək Azərbaycanda yox, qızılın hasilatını və satışını həyata keçirən bütün ölkələrdə bunu müşahidə etmək olar. Bunun xüsusi səbəbi isə qiymətlərin bahalaşmasıdır”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə