ABŞ müdafiə naziri: NATO bizə yox, özünə arxalanmalıdır

“NATO ölkələri bu məsələdə ABŞ-yə güvənməkdənsə, alyansın müdafiə qabiliyyətini gücləndirmək üçün birgə səylərə töhfə verməlidirlər”.
Teleqraf xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.
“Bizim mesajımız aydındır: güc vasitəsilə çəkindirmə və sülh. Amma bu, ABŞ-yə güvənməklə olmalı deyil. O, bu məsələdə ABŞ-yə arxalanmamalıdır, belə olmayacaq”, - nazir bildirib.

Heqsetə görə, NATO təhdidlərə qarşı çəkindirici qüvvədir, amma bu, təkcə ABŞ-nin imkanları ilə təmsil olunmamalıdır:

“Vaşinqton NATO ölkələrinə yaranan təhlükələrin öhdəsindən gəlməyə kömək etməyə hazırdır, amma müttəfiqlərin də bu istiqamətdə səylərini gücləndirməsini istəyir”.