Gonca Cilasun rol üçün 8 kilo arıqladı

“Uzak Şehir” serialında Sadakat obrazını canlandıran Gonca Cilasun rolunun yaşadığı ağır faciəni daha real əks etdirmək üçün 8 kiloqram arıqlayıb.

Aktrisa bildirib ki, Sadakatın övlad acısını tamaşaçıya daha inandırıcı çatdırmaq üçün xarici görünüşündə də dəyişiklik etməyə qərar verib.

Sherg.az xəbər verir ki, Cilasun obrazın yaşadığı faciənin son dərəcə ağır olduğunu deyib. Onun sözlərinə görə, Sadakat öz əli ilə övladının ölümünə səbəb olduğu üçün daha dərin vicdan əzabı yaşayır.

“Övladına öz əli ilə qıymış bir ana bir qədər də olsa, özünü cəzalandırar”, - aktrisa deyib.

Cilasun qeyd edib ki, Sadakatın yaşadığı ağrı insan üçün, xüsusilə də ana üçün, çox böyük yükdür. O, obrazın hekayəsini hələ də eyni həyəcanla canlandırdığını və hər bölümündə onun yaşadığı acılara yenidən təəccübləndiyini bildirib.