İsmayıllı rayonu Mollaisaqlı kəndində yaşayış evi yanıb -Sahibi dərdini "Şərq"ə danışdı
13:14 20.06.2025
Hadisə
463
İsmayıllı rayonu Mollaisaqlı kəndində yaşayış evi yanıb.
"Sherg.az"ın məlumatına görə, hadisə zamanı ev sahibi Nofəl Mürsəl oğlu Mürsəlov övladlarının təhsili ilə əlaqədar Bakıda olub. Onun 3 övladı var. Onlardan ikisi yüksək nəticə ilə univeristitetə daxil olublar. Qızı Tibb Universitetində, oğlu isə Ali Neft Akademiyasında təhsil alır.
Bəzi saytlarda 4 otaqlı evin yanmasına ilkin səbəb kimi elektrik naqilindəki qısaqapanma göstərilib.
Lakin Zərərçəkmiş Nofəl Mürsəlov "Sherg.az"a açıqlamasında deyib ki, evinin elektrik qısaqapanmasından yanması dəqiq deyil:
"Gəlib evə baxıb gediblər, yəni vəziyyət barədə məlumatları var, amma hələlik heç nə yoxdur. Elektrik xəttinə görə yanğının çıxması xəbəri doğru deyil. Daha doğrusu, hələlik bilinmir ki, ev nədən, hansı səbəbdən yanıb. Bizim üçün də müəmmalıdır, özümüz də bilmədik. Yanğın elektrik xəttləri, yəni sayğac olan yerdən yox, mərkəzdən başlayıb. İşıqlar söndürülüb, qaz xətti də bağlı olub. Yanğına görə heç kimdən şübhələnmirəm. Amma maraqlıdır ki, evimiz niyə yanıb. Başqa heç nə bilmirik".
Zərərçəkmiş ailənin aztəminatlı olduğu bildirilib:
"Əlbəttə, yanğına görə, yerli qurumların bizə köməklik göstərməsi, zərərin konpensasiya edilməsi çox yaxşı olardı. Ev yananda mən kənddə olmamışam. İcra nümayəndəliyindən bir-iki dəfə gəlib baxanlar olub, hələ heçnə deməyiblər".
Zərərçəkmişə hər hansı kompensasiya verilib-verilməyəcəyi məlum deyil. Evlə yanaşı, içindəki bütün əşyalar da külə dönüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya