Samuxda II Ərik Festivalı keçiriləcək
Yusif Nəzərli
16:13 20.06.2025
Ölkə
486
21 iyun 2025-ci il tarixində Samux rayonunda II Ərik Festivalı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, respublikada ilk dəfə Ərik Festivalı Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 08 iyun 2024-cü il tarixində keçirilib.
Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan Samux rayonunda ənənə halını alan "Ərik Festivalı" ilə yanaşı “Aqrar Biznes Festivalı” da keçiriləcək.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, eyni zamanda kənd təsərrüfatı sahəsinə diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Bu cür festivalların keçirilməsi rayonların aqrar inkişafına, yerli məhsullarının tanıdılmasına və aqroturizm potensialının artırılmasına güclü təkan verir.
Ərik festivalının keçirilməsi eyni zamanda rayonun milli adət ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, ərikdən hazırlanan məhsulların təşviqində vacib rol oynayır.
Festivalda milli mətbəx təamlarının hazırlanması, fermerlərin yetişdirdikləri ərik məhsullarının (ərik meyvəsi, ərik mürəbbəsi, ərik qurusu, ərik kompotu, ərik şirəsi və s.) stendlərlə təqdimatı, sənətkarların və kommersiya satıcılarının stendləri, ustad dərslərinin təqdimatı (taxta üzərində oyma, səbət hörmə və s.) qol güləşi, uşaqlar tərəfindən milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladığı əl işləri, rəsmlər nümayiş olunacaq.
Respublikamızda olduğu kimi Samux rayonunda da ərik çox qədim zamanlardan bəri yetişdirilir. Hazırda rayonun fermer və fərdi təsərrüfatlarında 500 hektardək sahədə 16 sort ərik becərilir. 41 hektar sahədə isə müasir intensiv ərik bağları salınıb.
Ərik meyvəsi əsas qida məhsullarından biri hesab edilir. Hal-hazırda rayonda fəaliyyət göstərən kənd təsərrüfatı müəssilərində və əhali təsərrüfatlarında istehsal edilən ərik meyvəsi şəhərlərə və xarici bazarlara çıxarılır.
Festifalın sonunda geniş bayram konserti və möhtəşəm atəşfəşanlıq olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya