
Natiq Cəfərli: Ermənistanın Avropa Birliyinə qəbul olunması mümkün deyil
09:14 24.06.2025
Cənubi Qafqaz
383
İyunun 20-də Sankt-Peterburqda keçirilən iqtisadi konfransda Rusiya Ermənistan hakimiyyətinə sərt mesaj göndərib. Bu barədə “Past” qəzeti məlumat yayıb. Rusiya baş nazirin müavini Aleksey Overçukun fikrincə, bu ilin sonuna kimi Ermənistan və Rusiya 6 milyard dollar itirə bilər. Onun sözlərinə görə, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması Rusiya istiqamətində ticarətə birbaşa təsir göstərəcək. Overçuk əlavə edib ki, Ermənistanın Aİ-yə inteqrasiyası Ermənistanın hava məkanının Rusiya təyyarələri üçün bağlanmasına səbəb ola bilər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən (AİB) çıxacağı təqdirdə bir sıra fundamental üstünlüklərini itirəcək.
ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a söyləyib ki, Ermənistanı Avropa Birliyində heç kim gözləmir:

“Bu günə qədər Ukrayna xeyli bədəl ödəyib, Gürcüstan bu qədər problem yaşayıb, amma hələ də Avropa Birliyinə qəbul edilməyiblər. Moldova isə ən asan qəbul edilə biləcək ölkə kimi görünürdü, lakin onu da Avropa Birliyinə buraxmadılar.
Ermənistanın Avropa Birliyinə qəbul olunması isə ümumiyyətlə mümkün deyil. Bu, nə coğrafi, nə siyasi və iqtisadi baxımdan real görünür. Sadəcə olaraq, Ermənistan Avropa ilə daha dərin inteqrasiya etməyə çalışaraq müəyyən dərəcədə kompensasiya apararaq Rusiyadan incikliklərini büruzə verməyə çalışırlar. Amma Ermənistan Rusiyadan boğazına qədər asılıdır. Onun iqtisadiyyatının 70 faizi Rusiyanın nəzarətindədir. Ölkədə əsas inhisarçılar da Rusiyaya bağlıdır. Ermənistanın elektrik enerjisi, dəmir yolları, atom elektrik stansiyası Rusiyanın əlindədir. Buna görə də Ermənistanın Avropa Birliyi ilə hər hansı formada dərin əməkdaşlıq qurması mümkünsüzdür və Rusiya da bunu açıq şəkildə, sərt tərzdə ifadə edir.
Amma bir məsələ də var ki, Ermənistanın Qərblə yaxın münasibətlər qurmasından Rusiya da müəyyən şəkildə istifadə edir. Çünki Ermənistan, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yan keçmək üçün istifadə edilən ən vacib ölkələrdən biridir. Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi yeddi dəfə artıb. Bu, təbii artım deyil. Rusiyanın sanksiyalardan yayınmaq üçün müəyyən kanalları Ermənistan üzərindən həyata keçirdiyinə işarədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm