MAQATE: Fars körfəzində radiasiya səviyyəsi normadadır
Yusif Nəzərli
16:46 27.06.2025
Region
387
İranla İsrail arasında baş vermiş 12 günlük silahlı qarşıdurmadan sonra Fars körfəzində radiasiya səviyyəsi norma daxilində qalır.
Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəsmi açıqlamasında qeyd olunub.
“Münaqişə zamanı İranda bir neçə nüvə obyektinə ciddi ziyan dəysə də, Fars körfəzində radiasiya səviyyəsi normadadır", - məlumatda deyilir.
MAQATE-nin məlumatı beynəlxalq radiasiya monitorinq sistemi vasitəsilə davamlı daxil olan göstəricilərə əsaslanır. Qeyd edilir ki, əgər İranın nüvə reaktorlarından hər hansı biri ciddi şəkildə zədələnsəydi, bu şəbəkə əhəmiyyətli radioaktiv çirklənməni qeydə alardı.
Ətraflı
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda üç nüvə obyektini, o cümlədən Fordo uranın zənginləşdirilməsi zavodunu bombalamışdı. ABŞ Prezidenti Donald Tramp hücumun məqsədinin İranın uran zənginləşdirmə potensialını məhv etmək olduğunu bildirmişdi.
Bununla belə, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, nüvə obyektlərinə ciddi ziyan dəyib, lakin proqram tamamilə məhv edilməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm