
Paşinyanın faşist erməni kilsəsinə müharibə elan etməsi ilahi ədalətin təntənəsidir - ŞƏRH
Yusif Nəzərli
15:26 28.06.2025
Siyasət
387
Moskva Ermənistandakı hadisələri, o cümlədən Erməni Apostol Kilsəsini və onun Eçmiədzindəki ruhani mərkəzini əhatə edən hadisələri diqqətlə izləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilib ki, bizdə başqa dövlətlərin daxili işlərinə qarışmaq vərdişi yoxdur: "Dost və qardaş Ermənistanda sabitliyin qorunmasında, qanunun aliliyinin və davamlı inkişafın təmin edilməsində səmimiyyətlə maraqlıyıq. Buna nail olmaq üçün Ermənistan rəhbərliyinin bəyan etdiyi demokratik dəyərləri, dindarların hisslərinə hörməti və dini azadlıq prinsiplərinə sadiqliyi praktikada tətbiq etmək lazımdır".
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın şər yuvası olan faşist erməni kilsəsinə və onun başında duran irqçi, nasist 2-ci Qareginə, quldur keşişlərinə müharibə elan etməsi ilahi ədalətin təntənəsi, tarixin intiqamıdır. Ekspert vurğulayıb ki, erməni kilsəsi Azərbaycan və Türkiyəyə qarşı (Türk dünyasına qarşı) 200 illik vəhşiliyinin bədəlini ödəməyə başlayıb:

"Çünki Qaregin və onun "həvari"ləri gerçək din adamı yox, erməni faşizminin özbəöz təmsilçiləridir. Din adı altında gizlənmiş bu daşnak vəhşiləri hələ 19-cu yüzilin sonlarından və xüsusən də 20-ci yüzilin əvvəllərindən etibarən qaniçən terrorçu yuvasına çevrilən kilsənin miras qoyub getdiyi qanlı irsin davamçılarıdır. Azərbaycan və Türkiyəni "bir nömrəli düşmən" elan edən, quduz köpəklər kimi qanımıza susayan dırnaqarası erməni "din adamları" əsl həqiqətdə Kremilin nökərləri, FSB və QRU-nun muzdlu casuslarıdır. Onlar bütün təlimatları Moskvadan alırlar. Paşinyan da ilk növbədə məhz bu gerçəklikdən çıxış edərək, seçki ərəfəsində kilsəni "Kremlin uşaqları"ndan təmizləməyə və onların hakimiyyət çevrilişini gerçəkləşdirmək, Ermənistanı yenidən Rusiyanın forpostuna çevirmək planlarını önləməyə çalışır".
B.Mirzəyev diqqətə çatdırıb ki, Paşinyan bu addımları atmaqla ilk növbədə öz siyasi maraqlarından çıxış edir:
"Lakin bu maraqlar, eyni zamanda, tarixi ədalətin də öz yerini tutmasına şərait yaradır. Beləliklə, bu epizodda Paşinyanın siyasi maraqları ilə bizim haqq-ədalət tələbimiz üst-üstə düşür. Odur ki, Paşinyanın 2-ci Qareginə və Xocalı qətliamında əli olan digər müharibə canilərinə - Robert Köçəryana və Serj Sərkisyana müharibə elan etməsi, sonda bu cəlladların Bakıda məhkəmə qarşısına çıxarılmasıyla da nəticələnə bilər. Əslində, elə bu cür də nəticələnməlidir. İki əsrdir davam edən erməni kilsəsinin qanlı faşizm tarixçəsinin tam olaraq qapadılması üçün bütün yollar məhz Bakıya aparmalıdır. Erməni faşizminin Qarabağdan başlayan ölüm hökmünün son akkordları hökmən Bakıda icra olunmalıdır".
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
Hindistan XİN Ukrayna səfirini çağırdı
08:58 28.07.2026
Dünya
Tom Kruzun qızı Suri atasının soyadından imtina edib
08:57 28.07.2026
Dünya
Avqustda 4 bürcə pul gələcək
08:20 28.07.2026
Cəmiyyət
Toy bitdi, iş başladı
07:51 28.07.2026
Şou
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya