
Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri uzunmüddət davam etdirə bilməz -ŞƏRH
Yusif Nəzərli
10:49 29.06.2025
Aktual
321
Rusiyada baş verən hadisələr şovinizmin, diskriminasiyanın, milli ayrıseçkilliyin bariz nümunələridir. Yekaterinburqda baş verənlər prosesin idarə olunduğunu aydın göstərir. Müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Bu yaxınlarda Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və səaləndirdiyi statistikanın əsasında da bu həqiqətlər dayanır. Azərbaycan hələ də mülki təyyarəsinin virulmasını unutmayıb, Rusiyanın bu məsələdə hərəkətsizliyi heç cür qəbul oluna bilməz. Azərbaycan təyyarə mövzusunu beynəlxalq müstəvidə inkişaf etdirəcək və məsələnin ədalətli həllinə, günahkarların cəzalandırılmasına, müvafiq kompsesasiyaların ödənilməsinə nail olacaq. Ötənlərdə Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusya ərazisinə buraxılmaması da bu ölkədə Azırbaycana qarşı formalaşdırılan münasibətin göstəricisidir. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olunması və bunun arxasında Rusiyanın dayanması. Milli Məclisin komissiyasının müvafiq hesabatına qayıtmaq və istifadə etmək. Rusiyada ənənəvi digər xalqlara qarşı şovinist əhval ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikadır. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Kremlə yaxın olan Solovyov kimi ünsürlərin açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosein idarə olunduğunu aydın göstərir. Mübaliğsiz, Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrıseçkikik, diskriminasiya və islamofobiya güclənir. Qərbə bütün istiamətlərdə uduzan, Ukrayna bataqlığına düşərək buradan çıxa bilməyən Rusiyada da digər düşmən axtarışına başlanılıb. Kimlərsə bu ölkədə bütün dünyanı qarşısına almaq iddiasına düşüb və yeni gündəm yaradaraq onu inkişaf etdirirlər. Bu gün Ermənistanda radikalizm, revançizm ideyalarının güclənməsi, Koçaryan, Sarkisyan və Rusiya tərəfindən idarə olunan digər şəxslərin daha uca səslə danışmağa başlaması Moskvadan idarə olunan prosesdir. Məqsəd Cənubi Qafqaz regionunu yenidən müharinə arenasına çevirməkdir.
İqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya azərbaycanlı miqrantlara qarşı təzyiqləri artırır. Ekspert bildirib ki, Rusiya bu siyasəti uzunmüddətli davam etdirə bilməz:

"Bu gün Rusiya üçün demoqrafik problemlər Ukraynadan və NATO-dan daha təhlükəlidir. Buna görə də təkcə bir uşağın doğulmasına görə dövlətin maliyyə yükü, yəni ailələrə verilən müavinət və təşviqlər 10 000-22 500 ABŞ dolları arasında dəyişir. Əgər miqrantlara münasibət dəyişməzsə, bu cür davam edərsə, Rusiya bugünkü doğum stimullarını sabah itirilmiş nəsillərin xərci ilə ödəməli olacaq. Amma miqrantların yoxluğu şəraitində uşaq başına 100 min dollar vəd edilsə belə effect olmayacaq. O ki qaldı, bizə, Azərbaycan bu prosesi yalnız müşahidə etməklə kifayətlənməməlidir. Əksinə, Rusiyadan qayıdan vətəndaşlarımızın burada iş qurması, sahibkarlıqla məşğul olması üçün imkanlar genişləndirilməlidir. Mən ötən ayın sonunda “İqtisadi hekayə” rubrikasında yazdığım ilk hekayə məhz Rusiyada iş quran, amma həmin biznesini ölkəmizə daşımaq istəyən azərbaycanlı iş adamlarının obrazına həsr etmişdim. Hələ onda bu hadisənin olacaöını bilmirdim. Amma bu sahədə ölkə üçüm imkanları görürmək olurdu. Onların ölkəmizə qayıdışı "dar pəncərə"dən baxanda problem kimi görünsə də, geniş "qapı"dan çıxıb diqqətlə baxanda isə ortada fürsətlərin olduğu aydın olur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm