Elariz Məmmədoğlunun qızı həyat yoldaşının məhkəməsində ifadə verdi
12:08 30.06.2025
Şou
357
İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ibtidai istintaq zamanı və məhkəmə protokollarina əlavə edilmiş sənədlərin tədqiqi mərhələsində təqsirləndirilənin həyat yoldaşı Günel Alışanın məhkəmədə ifadə verməsinə zərurət yarandığından onun prosesdə iştirakı təmin edilib.
Günel Alışan ifadəsi zamanı ilkin olaraq vəkilin suallarını cavablandırıb. Şahid həyat yoldaşının həbsi ilə bağlı məsələyə aydınlıq gətirərək bildirib ki, həyat yoldaşı saxlanılarkən o işdə olub:
"Mən işdə olarkən onu saxlayıblar. Əvvəl mən bunu bilməmişəm. O mənə bu ərəfədə zəng etsə də, mən onun tutulmağını bilməmişəm. İki gün sonra Nizami özü məni yığıb, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu dedi. Daha sonra mən onun saxlanıldığını bildikdən sonra lazımi orqanlara məktubla müraciət etmişəm".
Prokurorun həyat yoldaşının məşğul olduğu işlə bağlı şahidə ünvanladığı sual isə cavabsız qalıb. Günel Alışan prokurorun bu məzmunda olan sualını cavablandırmaq istəməyib.
Digər şahid Rövşən Dadaşov isə ifadəsində bildirib ki, hazırda o, digər cinayət işi üzrə cəza çəkir:
"Mən 2022-ci ilədək "İnvestAz" şirkətində konsultant işləmişəm. Nizami Alışanla yüksək səviyyədə əlaqəm olub. Onu tanımışam. Birja analitikası sahəsində mən ona treninqlər keçib, onu öyrətmişəm və bu sahədə də çox yüksək bacarığa malik bir şəxsdir. Maliyyə çıxarışlarına gəlincə, Nizaminin hesabdan aylıq çıxarışı 50-100 min dollar civarında olub. Ümumilikdə 2017-ci ildən 2022-ci ilədək bu məbləğ təxminən 5 milyon dollar olub".
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.
Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
İş üzrə zərərçəkən qismində üç nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.
Əlavə edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol