Hindistanın vitse-prezidenti istefa verdi
00:39 22.07.2025
Dünya
293
Hindistanın vitse-prezidenti Canqdip Dhankhar istefa verib.
Oxu.Az xəbər verir ki, o, mətbuat xidməti vasitəsilə müvafiq açıqlama yayıb.
"Sağlamlığıma daha çox diqqət yetirmək və həkimlərin tövsiyələrinə əməl etmək məqsədilə Hindistanın vitse-prezidenti vəzifəsindən istefa verirəm", - deyən siyasətçi prezidentə, baş nazirə, parlamentə və Nazirlər Kabinetinə birgə fəaliyyətlərinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Dhankhar avqustda 74 yaşını qeyd edəcək. O, 2022-ci ilin avqustundan vitse-prezident vəzifəsini icra edib. Siyasətçi yaxınlarda angioplastika əməliyyatı keçirib.
Vitse-prezident vəzifəsi Hindistan prezidentindən sonra ən yüksək konstitusiya vəzifəsidir. Vitse-prezident həmçinin ölkə parlamentinin yuxarı palatasının sədri vəzifəsini də yerinə yetirir.
Hindistanın vitse-prezidenti parlamentin hər iki palatasının nümayəndələrindən ibarət seçki kollegiyasının üzvləri tərəfindən dolayı gizli səsvermə yolu ilə seçilir. Səlahiyyət müddəti beş ildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət