
AMB-nin inflyasiya proqnozları daha ehtiyatlı və konservativ xarakter daşıyır -İqtisadçı
11:48 23.07.2025
İqtisadiyyat
389
Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.
AAMB xəbər verir ki, baza ssenarisi üzrə iyul proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5.7%, 2026-cı ildə isə 5.3% olacağı gözlənilir.
“Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır” - məlumatda qeyd edilib.
İqtisadçı Natiq Cəfərli “Sherg.az”a bildirdi ki, Azərbaycan Mərkəzi Bankının inflyasiya proqnozları daha ehtiyatlı və konservativ xarakter daşıyır:

“Bu isə, ölkədə inflyasiyanın hesablanma metodologiyasındakı müəyyən problemlərlə izah oluna bilər. Belə ki, mövcud yanaşmaya əsasən, inflyasiya göstəriciləri hesablanarkən 500-dən artıq mal və xidmətin qiymət dəyişkənliyi nəzərə alınır. Lakin bu məhsulların əksəriyyəti əhalinin gündəlik istehlak səbətinə daxil olmayan, onların real yaşayış xərclərinə əhəmiyyətli təsir göstərməyən məhsullardır. Halbuki, vətəndaşların əsas diqqət yetirdiyi 30-40 adda gündəlik tələbat məhsulları üzrə qiymət artımı daha sürətli və nəzərəçarpacaq dərəcədədir. Bu baxımdan, geniş məhsul spektri əsasında aparılan hesablamalar inflyasiyanın ümumi səviyyəsini süni şəkildə aşağı göstərə bilər. Beləliklə, aktual reallıqları əks etdirən və əhalinin istehlak davranışını daha dəqiq əhatə edən yeni və təkmilləşdirilmiş metodologiyanın tətbiqi zəruridir. Bununla yanaşı, ümumi tendensiyalara nəzər yetirdikdə, son aylarda inflyasiya səviyyəsində müəyyən sabitləşmə müşahidə olunur. Xüsusilə 2020-ci ildən sonra sürətlənmiş qiymət artımları ilə müqayisədə, hazırda daha yüngül dinamikaya rast gəlinir. Lakin bu vəziyyəti tam optimist kontekstdə qiymətləndirmək düzgün olmazdı. Çünki əsas ərzaq məhsulları üzrə inflyasiya səviyyəsinin 2025-ci ilin sonuna qədər 8–9 faiz diapazonunda qalacağı ehtimal edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya