Çexiyada iqtisadi əməkdaşlığa dair görüşlər keçirilib
16:20 23.07.2025
İqtisadiyyat
495
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi tərəfdaşlığın gündəliyində duran məsələlər müzakirə olunub.
İqtisadiyyat Nazirliyindən Sherg.az-a verilən məlumata görə, nazir Mikayıl Cabbarov bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşüb. Görüşdə Azərbaycan-Çexiya əlaqələrinə önəm verildiyi, tərəfdaşlığın genişləndirilməsində Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın rolu, qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, enerji, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar üzrə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Çex Respublikasının nəqliyyat naziri Martin Kupka ilə görüşdə də Azərbaycanın sosial-iqtisadi hədəfləri və onlara nail olunması məqsədilə görülən işlər, əldə edilən nəticələr, ölkəmizin əlverişli işgüzar mühiti, yeni reallıqlar şəraitində artan nəqliyyat-tranzit potensialı, sərmayədarlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Bildirilib ki, nəqliyyat və tranzit istiqamətləri Çexiya ilə iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətlərindəndir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihələrinə dair fikir mübadiləsi də olub. Tərəflər innovativ ekosistem, kosmik sənaye və startaplar üzrə irəli sürülən təklifləri müzakirə ediblər.
Çexiyanın “Agrofert” şirkətinin sədr müavini Petr Cingri ilə görüşdə isə aqrar sahədə səmərəli fəaliyyətin və dayanıqlı istehsala keçidin əhəmiyyəti vurğulanıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış fürsətlər və potensial əməkdaşlıq istiqamətləri diqqətə çatdırılıb. “Agrofert” şirkəti ölkəmizdə yaradılan əlverişli biznes mühitindən yararlanmaqla fəal işbirliyinə dəvət olunub.
“Skoda Group”un icraçı sədr müavini Tomas İqnaçak ilə görüşdə Azərbaycanın iqtisadi prioritetləri, ölkəmizdə yaşıl texnologiyaların tətbiqi barədə məlumat verilib. “Skoda Group” ilə əməkdaşlıq və şirkətin müasir texnologiyalar sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi imkanları barədə müzakirə aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya