
Analitik: Ermənistanın KTMT-dən çıxma ehtimalı böyükdür
Yusif Nəzərli
03:39 24.07.2025
Cənubi Qafqaz
343
Rusiya iqtisadi təzyiq vasitələrini tətbiq edə bilər, hətta hərbi müdaxilə də istisna olunmur
Baş nazir Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı. Və bundan əvvəl də aylardır hakimiyyətin müxtəlif nümayəndələri KTMT-ni öhdəliklərini yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər. Paşinyanın sözlərinə görə, 2023-cü ilin sentyabrından Ermənistan KTMT proseslərində iştirakını dayandırıb.
Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan da deyib ki, Paşinyan ölkənin KTMT-yə üzvlüyünü dondurmaqla strateji səhvə yol verib. O bildirib ki, bu, onun etdiyi strateji səhvlərdən biridir: "Münaqişənin ən qızğın vaxtında KTMT-ni tərk edir. Bu, normal deyil. O bunun baş verməsi üçün hər şeyi etdi".
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Ermənistan KTMT-də fəaliyyətini dondurub. Ekspert vurğulayıb ki, Paşinyanın açıqlaması göstərir ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı daha çoxdur:

"Əslində, Nikol Paşinyanın bu açıqlamasını Ermənistanın bu təşkilatdan çıxacağı ilə bağlı bəyanat kimi qəbul etmək lazımdır. Ancaq müəyyən qədər Paşinyan özünə manevr imkanları da saxlayır. Əgər bu addım atılarsa, Ermənistan KTMT-dən rəsmən çıxarsa, Rusiya daha kəskin hərəkət edərmi? Rusiya indiyədək Paşinyanı zorla hakimiyyətdən devirməyə dəstək verməkdən başqa hansısa addım atmayıb. Kənardan Ermənistan daxilindəki müəyyən qüvvələrə yardım göstərib və əlindən gələni edib ki, onlar Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilsin. Hələlik, bu cəhdlər nəticə verməyib. Ancaq Rusiyanın əlində çox ciddi iqtisadi təsir vasitələri var. Rusiya bu vasitələrdən istifadə edərsə, Ermənistan çox ağır durumda qala bilər. Ancaq Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətcə, Moskva İrəvana qarşı sərt tədbirləri işə salmır. Ukrayna ilə sülh və ya atəşkəs əldə olunarsa, Rusiya Ermənistana iqtisadi təzyiq vasitələrini tətbiq edə bilər. Hətta hərbi müdaxilə ehtimalı da istisna olunmur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə