
Rusiya Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən ciddi narahatdır -REAKSİYA
Yusif Nəzərli
05:34 24.07.2025
Cənubi Qafqaz
333
Azərbaycanı “cəzalandırmaq” üçün ictimai rəyin yönünü dəyişdirməyə çalışırlar
Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək əvəzinə, indi də bəzi politoloqları və deputatları önə sürür. Açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq məqsədi daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur. Aydın məsələdir ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə sərgilədiyi anti-Azərbaycan ritorikası bəzi istisnalar xaric fərdi fikirlər deyil. Bu, açıq şəkildə Kremlin informasiya sistemində vahid mərkəzdən gələn tapşırığın nəticəsidir.
Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, ritorika ilk baxışdan fərdi təşəbbüs kimi təqdim olunsa da, əslində, dövlətin rəsmi mövqe bildirmədən bu çıxışlara susqun yanaşması, həmin ritorikanın Kremlin qeyri-rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü göstərir. Ekspertin qənaətincə, Rusiya kimi informasiya sahəsinə ciddi nəzarətin olduğu bir ölkədə bu səviyyədə açıqlamaların müstəqil və təsadüfi şəkildə səslənməsi real görünmür:

"Əgər məsələyə nə Kremlin sözçüsü, nə Xarici İşlər Nazirliyi, nə də digər təsirli rəsmi dairələr tərəfindən təkzib və ya sərt reaksiya verilmirsə, bu, həmin ritorikanın dövriyyədə qalmasına razılığın nümayişidir. Susmaq burada neytrallıq deyil, yumşaq şəkildə təşviqdir. Rusiyanın bu addımı müəyyən mənada başadüşüləndir. Cəmiyyətdə anti-miqrant ovqatının körüklənməsi, konkret etnoslara qarşı kollektiv nifrətin formalaşdırılması, dövlətin mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün köhnə üsullara yəni “günah keçisi” obrazına qayıtdığını göstərir. Azərbaycana və ümumiyyətlə, Qafqazdan olan xalqlara qarşı yönəlmiş ritorika, əslində, Rusiya cəmiyyətində artan sosial narazılığın ünvanının bilərəkdən dəyişdirilməsidir. Tarix isə bu yanaşmanın çox təhlükəli nəticələr doğurduğunun şahididir. Məsələn, 1930-cu illərdə Almaniyada yəhudilərə qarşı aparılan sistemli nifrət kampaniyası əvvəlcə media və siyasi ritorika ilə başladı, daha sonra isə hüquqi və fiziki repressiyalara çevrildi. Bu gün Rusiyada isə miqrasiya, korrupsiya, iqtisadi durğunluq və beynəlxalq təcrid kimi real problemlər fonunda hədəfə diasporlar və “xarici mənşəli” vətəndaşlar göstərilir".
T.Rzayev vurğulayıb ki, Rusiyadan fərqli olaraq, Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı artan etimadsızlıq emosional deyil, Kremlə qarşı son dövrlərdə nümayiş etdirilən tutumun doğurduğu təbii reaksiyadır:
"Yəni arı yuvasına çomaq salırsansa, çıxan arı sənə bal verməyəcək. Əgər Rusiya dövləti bu cür çıxışlara sərhəd qoymazsa, yalnız ikitərəfli münasibətlər gərginləşməyəcək, həm də Rusiya daxilindəki çoxmillətli struktura qarşı inamsızlıq toxumu səpiləcək. Azərbaycanlılara qarşı səsləndirilən nifrət ritorikası, əslində, sabah digər etnosların da hədəfə alınacağı mesajını verir. Bu isə təkcə Azərbaycanla münasibətlərə deyil, ümumilikdə Rusiya Federasiyasının çoxmillətli sabitliyinə təhlükə yaradır. Bu mənzərə göstərir ki, Rusiya Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən ciddi narahatdır. Azərbaycanı “cəzalandırmaq” üçün ictimai rəyin yönünü dəyişdirməyə çalışırlar. Lakin bu, nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə fayda verəcək. Əksinə, bu ritorikanın davamı Azərbaycanın Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və məsafəli mövqe tutmasına səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya