
Vaşinqton narahatlığı yatırır: Türkiyə və İsrail hərbi qarşıdurmaya getməyəcək
Yusif Nəzərli
22:02 23.07.2025
Dünya
254
Vaşinqtonda ABŞ Dövlət Departamentinin ənənəvi media brifinqi keçirilib. Tədbirdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus yerli və xarici jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb. Brifinqdə iştirak edən jurnalist və hüquq müdafiəçisi Əhməd Şahidov Yaxın Şərqdə, xüsusilə də Suriyanın şimalında artan gərginlik fonunda Türkiyə və İsrail arasında mümkün hərbi qarşıdurma ehtimalı ilə bağlı sual ünvanlayıb.
Əhməd Şahidov bildirib ki, bəzi İsrail rəsmiləri “İrandan sonra növbəti hədəf Türkiyə ola bilər” fikrini səsləndirirlər. Eyni zamanda, Türkiyədə İsrailə qarşı ictimai narazılıq artır və bəzi şəxslər hətta türk ordusunun Qəzzaya daxil olması çağırışlarını edirlər:

“Suriyanın şimalında gərginlik artır və burada Türkiyə ilə İsrail kimi ölkələr arasında ziddiyyətli maraqlar görünür. İsrail tərəfindən "İrandan sonra növbəti hədəf Türkiyə ola bilər" kimi fikirlər səslənir. Türkiyədə isə anti-İsrail əhvali-ruhiyyəsi güclənir və bəziləri türk ordusunun Qəzzaya daxil olmasını tələb edir. Prezident Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, "Suriyanın parçalanmasına imkan verməyəcəyik". Bu da Türkiyənin bu məsələdə sərt mövqe sərgilədiyini göstərir. Belə bir şəraitdə Türkiyə və İsrail arasında birbaşa hərbi qarşıdurma riski nə dərəcədə realdır? İsrailin ABŞ-nin yaxın müttəfiqi, Türkiyənin isə NATO-nun əsas üzvlərindən biri olduğu bir zamanda, ABŞ Dövlət Departamenti bu artan gərginliyi necə qiymətləndirir? ABŞ belə bir qarşıdurmanın qarşısını almaq və balansı qorumaq üçün nə edir?”.
Temmi Bryus cavabında bildirib ki, bölgədə vəziyyət həssasdır və müxtəlif fikirlərin səslənməsi təbiidir. Lakin ABŞ hökuməti bu tip qarşıdurmaların baş verəcəyinə dair hər hansı bir əlamət görmür:
"Türkiyə və İsrail, eləcə də həmin region barədə danışarkən deyə bilərəm ki, burada vəziyyət çox gərgindir və müxtəlif sözlər deyiləcək. Amma Suriya ilə bağlı məsələlərdə bütün tərəflər üzrə zorakılığın səngidiyini görürük. İnsanların danışdığı və ehtimal etdiyi fəaliyyətləri biz müşahidə etmirik. Son zamanlarda Prezident Donald Tramp və dövlət katibi Marko Rubio Hindistan-Pakistan arasında yaşanmış çox təhlükəli vəziyyətlərdə olduğu kimi dərhal müdaxilə edərək gərginliyi aradan qaldıra biliblər. Liderlərimiz sülhü qorumaq və bu sülhü təhdid edən istənilən dinamikaya qarşı tədbir görmək üçün tam hazırlıqlıdırlar. İnsanlar real vəziyyətə diqqət yetirməlidirlər. Onsuz da dünya kifayət qədər narahatlıq doğurur. Amma biz bu vəziyyətdən çıxmaq üçün güclü liderlərə malikik. Və insanlarda qorxu yaratmaq məqsədi daşıyan şayiələrə, təbliğat xarakterli fikirlərə və konspirasiya nəzəriyyələrinə aldanmaq lazım deyil".
T.Bryus əlavə edib ki, ABŞ rəhbərliyi regionda sabitliyin qorunması üçün səylərini davam etdirir və belə gərginliklərin qarşısını almaq üçün diplomatik vasitələrdən istifadə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya