KİV: ABŞ iki bölgə müqabilində Rusiyaya Donbası təklif edib

ABŞ Ukraynanın Zaporojye və Xerson vilayətlərində cəbhə xəttini dondurmaq müqabilində Rusiyaya Donbas (Luqansk və Donetsk) üzərində tam nəzarəti təklif edir.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinə görə, Kreml Tramp administrasiyasının irəli sürdüyü bu təklifi dəstəkləyib.

“Tramp administrasiyasının təklifinə əsasən, Rusiya Moskvanın Donetsk və Luqanskla müqayisədə daha az əraziyə nəzarət etdiyi Xerson və Zaporojye vilayətlərində təmas xətti boyunca müharibənin dondurulması ilə razılaşa bilər. Bunun müqabilində Rusiyaya Donbası saxlamağa icazə verilir”, - qeyd edib.