
Mehmet Bozkuş: Trampın Ukrayna və Avropa liderləri ilə görüşləri beynəlxalq arenada dönüş nöqtəsi ola bilər
13:23 18.08.2025
Dünya
428
ABŞ prezidenti Donald Trampın Ukrayna və Avropa liderləri ilə keçirəcəyi görüşlər beynəlxalq arenada mühüm dönüş nöqtəsi ola bilər. Alyaska sammitindən sonra davam edən Rusiya-Ukrayna müharibəsinin gedişatı və sülh proseslərinin perspektivi bu danışıqların əsas mövzularını təşkil edir. ABŞ-nin siyasətindəki dəyişikliklər və qlobal güc balansındakı dinamika sülhün əldə olunmasına ciddi təsir göstərəcək. Bu kontekstdə digər ölkələrin maraqlarının da danışıqların istiqamətini formalaşdıracağı istisna edilmir.
Türkiyəli strategiya üzrə mütəxəssis və siyasi elmlər üzrə alim Mehmet Bozkuş Sherg.az-a mövzunu şərh edib:

"ABŞ prezidenti Tramp Ukrayna lideri və Avropa liderləri ilə görüşərək Alyaskadan sonra Rusiya-Ukrayna müharibəsində baş verənləri dəyərləndirəcək. O, atəşkəs və ya sülh prosesinin olub-olmaması ilə bağlı suallara cavab verəcək.
Vaşinqton ABŞ-nin maraqlarını qorumaq üçün yol xəritəsi çərçivəsində bir nəticəyə gəlmək niyyətindədir. O, bu prosesə qarşı olan Avropa ölkələrini inandırmaq üçün anti-Tramp hərəkatına qarşı Rusiya təhlükəsini ön plana çıxaracaq.
Bayden rəhbərliyindəki ABŞ-nin müharibə dövründə Ukraynaya verdiyi dəstəyi Tramp hakimiyyətə qayıtdığı halda davam etdirməyəcəyini açıqlaması Avropa Birliyi və Böyük Britaniyada narahatlıq yaratdı. Artan iqtisadi və təhlükəsizlik xərcləri fonunda onlar ordularını yenidən qurmaq və Ukraynaya əsgər göndərmək kimi çətin qərarlarla üz-üzə qaldılar".
Ekspert ABŞ-nin müharibəni uzatmağı planlaşdıran Avropa ilə tam ayrılma riski ilə üzləşəcəyini söyləyib.
"Zelenskinin siyasi gələcəyini müəyyən edəcək ABŞ səfərindən sonra Ukrayna administrasiyasında dəyişiklik dövrü başlaya bilər. Çin hədəfinə çatmaq üçün bütün riskləri planlaşdıran ABŞ rəhbərliyinə, Avropadan ayrılma prosesində İngiltərənin atdığı addımlara, eləcə də Kanada və Qrenlandiyanı istəyən Tramp-a qarşı mövqeyə diqqət yetirir.
Kral III Çarlsın Kanadaya səfəri zamanı taxtla verdiyi mesaj Böyük Britaniyanın qlobal güc kimi yenidən səhnəyə qayıtması üçün İngilis siyasi ağlının aktivləşdiyini göstərir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm