Lavrov Putin -Tramp danışıqları barədə DANIŞDI
11:07 19.08.2025
Dünya
306
"Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında Alyaskada keçirilən görüş faydalı olub".
Balupost.az NEWS.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, Ağ Evin sahibinin Ukrayna ilə bağlı uzunmüddətli nəticə əldə edilməsi istiqamətində səmimi cəhdlərinə diqqət çəkib.
"Aydın görünürdü ki, ABŞ rəhbəri və onun komandası, həmin məqamda hər küncdə yalnız atəşkəs və ondan sonra Ukraynaya silah tədarükünü davam etdirəcəklərini təkrarlayan avropalılardan fərqli olaraq, ilk növbədə, uzunmüddətli, davamlı, etibarlı nəticə əldə etmək istəyirlər", - deyə Lavrov bildirib.
Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında görüşüblər. Söhbət formatların dəyişdirilməsi də daxil olmaqla, üç saatdan çox davam edib: danışıqların keçiriləcəyi əsas yerə gedərkən yolda ABŞ liderinin limuzinində tet-a-tet və dar "üçün-üçə" tərkibində. Görüşdə, həmçinin Rusiya tərəfdən prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfdən isə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.
Danışıqlardan sonra mətbuata açıqlama verən Putin Ukrayna münaqişəsinin nizamlanmasının sammitin əsas mövzusu olduğunu bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiyaya görə çağırış etdi
13:57 13.07.2026
Dünya
Kreml: Rusiyanın heç kimə heç nə sübut etmək niyyəti yoxdur
13:55 13.07.2026
Gündəm
İctimai birlik Şabranda yeni layihənin icrasına başlayıb
13:28 13.07.2026
Ölkə
Binəqədidə civə satmaq istəyənlər saxlanılıblar
13:21 13.07.2026
Hadisə
Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - SABAHIN HAVASI
13:17 13.07.2026
Ekologiya
Lavrov Tehrana səfər edəcək
12:34 13.07.2026
Region
İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
12:10 13.07.2026
Rəsmi
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
12:04 13.07.2026
Rəsmi
Moskvaya doğru 350 PUA buraxıldı
11:57 13.07.2026
Dünya
Ağrı dağında itkin düşən qadından acı xəbər
11:39 13.07.2026
Hadisə
Kallas: Aİ Gürcüstan hökumətini dəstəkləmək istəmir
11:21 13.07.2026
Gündəm
Həkim meduza yanığı zamanı nə etmək lazım olduğunu açıqlayıb
10:51 13.07.2026
Sağlamlıq
Bakıda baş verən yanğında 3 nəfər zəhərləndi
10:35 13.07.2026
Hadisə
Rusiya FTX: Ukrayna hərbi aerodromlarda terror aktları planlaşdırıb
10:17 13.07.2026
Dünya