"Dəfnimə gəlməyin" - Kırmızıgülün vəsiyyəti
22:41 11.09.2025
Şou
541
Türkiyəli müğənni Mahsun Kırmızıgül media qurumlarına və xəbər kanallarına sərt şəkildə etiraz edib.
Axşam.az xəbər verir ki, o, sənətçilərin yaşadığı müddətdə dəyər görmədiyini, yalnız vəfat etdikdən sonra xatırlandığını bildirib. Bu barədə Mahsun sosial şəbəkədə yazıb:
"Sənətçinin əsərinə, konsertinə, alın təri ilə qazandığı əməyinə dəyər vermirsiniz. Yaşadığı zaman onu görməzdən gəlirsiniz. Təəssüf ki, sənətçilər öldükdə xatırlanır. Edip Akbayram, Volkan Konak, Ferdi Tayfur, Özkan Uğur kimi şəxsləri itirdikdə bu acı mənzərənin şahidi olmuşuq.
Halbuki sənətçi xalq üçün çalışır. Əməyi ilə, alın təri ilə dəyər qatır. Amma bu gün əksər xəbər kanalları və səhifələri sənətçinin səsinə yer vermək yerinə, oğurluq edənlərə, ikiüzlü saxtakarlara, şəxsi maraqları üçün danışanlara yer verir. Ayıb olsun! Bu gün gəldiyimiz nöqtə utanılacaq haldadır.
Bundan sonra bizi görməyənləri biz də görməyəcəyik! Artıq sənət və sənətçiyə hörmət etməyən, alın tərinə və əməklə qazandığı dəyərlərə yer verməyən xəbər səhifələrinə və media qurumlarının proqramlarına qatılmayacağam.
Və bu mənim son sözüm, vəsiyyətimdir. Bir gün başıma nəsə gəlsə və ya bu dünyadan köçsəm, xəbərimi verməyin! Dəfnimə gəlməyin! Gedin, xəbər dəyəri daşıdığını düşündüyünüz oğruların, uşaqlarımızın gələcəyini oğurlayanların xəbərlərini verin! Sənətçinin dəyəri yaşadığı zaman bilinmirsə, öldükdən sonra deyilən sözlərin heç bir mənası yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət