16 yaşında tarix yazdı: Dünya çempionunu məğlub edən ilk türk
09:11 12.09.2025
İdman
538
2008-ci il təvəllüdlü Ediz Gürel, 2025 FIDE Grand Swiss Turnirində dünya şahmat çempionu hindli Dommaraju Gukeşi məğlub edib.
Türkiyə Şahmat Federasiyasının verdiyi məlumata görə, Ediz Gürel Özbəkistanda keçirilən turnirin 7-ci turunda dünya çempionu Qrossmeyster (GM) Gukeşi məğlub edərək tarixi bir uğura imza atıb.
Sherg.az xəbər verir ki, 16 yaşlı Ediz Gürel bu qələbə ilə son dünya çempionu tituluna sahib bir idmançını məğlub edən ilk türk şahmatçı olub.
15 sentyabrda başa çatacaq turnirdə Türkiyəni Yağız Kaan Erdoğmuş da təmsil edir. Erdoğmuş, 8 saat 22 dəqiqə və 190 gediş davam edən unudulmaz mübarizədən sonra 2021-ci il Dünya Sürətli Şahmat Çempionu Qrossmeyster Nodirbek Abdussattarovla heç-heçə edib. Dünya şahmatının bir nömrəsi Maqnus Karlsen 14 yaşlı Erdoğmuş haqqında belə deyib: “O yaşda demək olar ki, misli görünməmiş səviyyədədir. Gənc oyunçular arasında məni ən çox təsirləndirən məhz o oldu”.
Turnirdə ilk iki yeri tutan idmançılar, dünya şahmat çempionunun rəqibinin müəyyənləşəcəyi “2026 Namizədlər Turniri”ndə oynamaq hüququ qazanacaqlar.
Gənclər və İdman Naziri Osman Aşkın Bak dünya çempionunu məğlub edən Ediz Güreli belə təbrik edib:
“Özbəkistanın Səmərqənd şəhərində davam edən FIDE Grand Swiss Turnirinin 7-ci turunda, dünya şahmat çempionu hindli qrossmeyster Dommaraju Gukeşi məğlub edərək tarixi uğura imza atan qrossmeyster Ediz Güreli ürəkdən təbrik edirəm. Ölkəmizi qürurlandıran Ediz Gürelə və bu mühüm uğurunda əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Milli idmançımızın uğurlarının davamını arzulayıram.”
EDİZ GÜREL KİMDİR?
Ediz Gürel 7 yaşında uşaq bağçası müəlliminin yönləndirməsi ilə şahmata başlayıb. Kiçik yaşda göstərdiyi istedadla diqqətləri üzərinə çəkən Ediz, Türkiyənin ən tanınmış şahmatçılarından birinə çevrilib.
5 dekabr 2008-ci ildə Bursada dünyaya gələn Ediz Gürel təhsilini Emine Örnek Fen Liseyində davam etdirir. Şahmat taxtasında etdiyi ağıllı gedişlər həm ölkəmizdə, həm də beynəlxalq turnirlərdə böyük diqqət çəkir.
Gürelin şahmat karyerasındakı ən mühüm mərhələlərdən biri isə 2019-cu ildə Avropa Məktəblər Çempionatında qazandığı üçüncülük olub.
Bu uğur ona Usta Namizədi (CM) titulunu qazandırıb. 2024-cü ildə Praqa Beynəlxalq Şahmat Festivalında “Challengers” turnirini qazanaraq Qrossmeyster (GM) adını əldə edib. Türkiyənin ən gənc qrossmeysteri titulunu alan Gürel, 2025-ci ilin sentyabr ayı etibarilə dünya sıralamasında 98-ci yerdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm