FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi

Beynəlxalq Futbol Federasiyası (FIFA) Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.

Teleqraf xəbər verir ki, ali futbol qurumu turnirdən görüntülər təqdim edərək yarışın gənc futbolçuların inkişafındakı rolu və əhəmiyyətini vurğulayıb.

Paylaşımda deyilir:

"Xəyallardan gerçəkliyə... Minlərlə gənc futbolçu Azərbaycanda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalında ilk beynəlxalq futbol təcrübəsini qazanır".